“Mançester Siti”dən 48 milyon avroluq transfer

“Mançester Siti” “Lids”in yarımmüdafiəçisi Kalvin Fillipsi transfer etdiyini açıqlayıb.

Komanda.az xəbər verir ki, klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərə millisinin üzvü “şəhərlilər”ə 48,7 milyon avroya başa gəlib. Müqavilə 6 il müddətinə imzalanıb. Kalvin yeni klubunda 4 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, 2014-cü ildən “Lids”də çıxış edən futbolçu ümumilikdə 233 oyuna 13 qol vurub, 14 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button