“Mançester Siti”də “Atletiko”dan daha yaxşı oyunçuların olduğu dəqiqdir”

“Atletiko” Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində “Mançester Siti”nin qonağı olacaq.

Komanda.az xəbər verir ki, Madrid klubunun baş məşqçisi Dieqo Simeone matçdan əvvəl açıqlama verib. O, “Mançester Siti”nin heyət baxımından “Atletiko”dan üstün olduğunu deyib:

“Mançester Siti”də “Atletiko”dan daha yaxşı oyunçuların olduğu dəqiqdir. “Bayern” və “Mançester Siti” ötən il Çempionlar Liqasının favoriti idilər, amma kuboku “Çelsi” qazandı. Burda favoritlər yox, layiq olanlar qazanır”.

Bu gün keçiriləcək “Mançester Siti” – “Atletiko” matçı saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button