“Mançester Siti”dən “Lids”ə

“Mançester Siti”nin futbolçusu Darko Qyabini satıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 18 yaşlı futbolçu “Lids”ə keçib.

O, yeni klubu ilə 4 illik müqavilə imzalayıb. Transferin detalları açıqlanmayıb.

Qeyd edək ki, ingilis yarımmüdafiəçi “Mançester Siti”nin yetirməsidir.