“Mançester Siti”dən çətin qələbə

İngiltərə Premyer Liqasında 15-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.

“Nottingem Forest” – “Brentford” matçında qalib müəyyənləşməyib. Yeddi qolluq “Lids” – “Bornmut” matçında isə meydan sahibləri qələbə qazanıblar. “Mançester Siti” də “Fulhem”lə ev oyununda çətin qələbəyə sevinib. “Vulverhempton” evdə “Brayton”a, “Everton” isə “Lester Siti”yə məğlub olub.

İngiltərə Premyer Liqası
15-ci tur

5 noyabr

Lids – Bornmut 4:3
Qol
: Rodriqo, 3-pen. Qrinvud, 60. Kuper, 68. Sammervill, 84 – Tavernye, 7. Billinq, 19. Solanke, 48.

Mançester Siti – Fulhem 2:1
Qol
: Alvares, 17. Haland, 90+5-pen – A.Pereyra, 28-pen.

Nottingem Forest – Brentford 2:2
Qol
: Gibbs-Uayt, 20. Zanka, 90+6-öz qapısına – Mbeumo, 45+3. Vissa, 75.

Vulverhempton – Brayton 2:3
Qol
: Qedes, 12. Neves, 35-pen – Lallana, 10. Mitoma, 44. Qross, 83.

Everton – Lester Siti 0:2
Qol
: Tilemans, 45. Barnes, 86.

6 noyabr

16:00. Çelsi – Arsenal
18:00. Aston Villa – Mançester Yunayted
18:00. Sauthempton – Nyukasl
18:00. Vest Hem – Kristal Pelas
20:30. Tottenhem – Liverpul

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button