“Mançester Siti”nin yollarını ayıracağı futbolçuların adları məlumdur

“Mançester Siti” yay transfer dövründə heyətdə ciddi dəyişikliklər etməyə hazırlaşır.

Daha əvvəl “şəhərlilər”in yarımmüdafiəçi Bernardo Silva ilə yollarını ayıracağı bildirilmişdi. Həmçinin, müdafiəçi Con Stounzun ayrılıq ehtimalı da yüksək qiymətləndirilir.

Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, mövsüm başa çatdıqdan sonra “Mançester Siti”dən daha iki futbolçu – Omar Marmuş və Ticani Reyncers də ayrılacaq. Hər iki oyunçu kluba qoşulduqdan sonra gözləntiləri doğrultmayıb və əsas heyətdə yerini itirib.

Marmuş cari mövsümdə bütün turnirlərdə 30 oyuna çıxaraq, 6 qol vurub və 3 məhsuldar ötürmə verib. Reyncers isə 44 matçda iştirak edərək, 7 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button