“Mançester Siti”də Aquero dönəmi başa çatır – RƏSMİ

İngiltərənin “Mançester Siti” klubu ilə argentinalı hücumçusu Serxio Aqueronun yolları ayrılır.

Komanda.az xəbər verir ki, 32 yaşlı futbolçu bu yay – mövsümün sonunda Premyer Liqa nəhəngindən ayrılacaq.

Bu barədə “Mançester Siti”nin mətbuat xidməti məlumat yayıb. Tərəflər arasındakı müqavilənin müddəti məhz 2021-ci ilin yayında qədər idi. Anlaşmanın müddəti artırılmadığı üçün futbolçu azad agent statusu ilə komandadan ayrılacaq.

Qeyd edək ki, Serxio Aquero 2011-ci ildən “Mançester Siti”də çıxış edirdi. O, bu komandanın heyətində keçirdiyi 10 il ərzində 384 oyuna çıxıb, 257 qola imza atıb. Hücumçu bu komandanın heyətində ən çox qol vurmuş futbolçu kimi tarixə düşüb.