“Mançester Siti” uduzdu, “Arsenal” növbəti qələbəyə sevindi

İngiltərə Premyer Liqasında 16-cı tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutub.

Son çempion “Mançester Siti” doğma meydanda “Brentford”a uduzub. Səfərdə “Nyukasl”la qarşılaşan “Çelsi” də turu xalsız başa vurub.  “Vest Hem” isə “Lester Siti” ilə ev oyunundan məğlub ayrılıb.

“Tottenhem” “Lids”i, “Nottingem Forest” “Kristal Pelas”ı, “Liverpul” “Sauthempton”u, “Bornmut” “Everton”u məğlub yola salıb. Lider “Arsenal” isə “Vulverhempton”la səfər oyunundan inamlı qələbə ilə ayrılıb.

İngiltərə Premyer Liqası
16-cı tur

12 noyabr

Mançester Siti – Brentford 1:2
Qol
: Foden, 45+1 – Touni, 1; 90+8.

Vest Hem – Lester Siti 0:2
Qol
: Meddison, 8. Barns, 78.

Tottenhem – Lids 4:3
Qol
: Keyn, 25. Devis, 51. Bentankur, 81; 83 – Sammervill, 10. Rodriqo, 43; 76.

Nottingem Forest – Kristal Pelas 1:0
Qol
: Gibbs-Uayt, 54.

Liverpul – Sauthempton 3:1
Qol
: Firmino, 6. Nunyes, 21; 42 – Adams, 9.

Bornmut – Everton 3:0
Qol
: Tavernye, 18. Mur, 24. Entoni, 70.

Nyukasl – Çelsi 1:0
Qol
: Uillok, 67. 

Vulverhempton – Arsenal 0:2
Qol
: Edeqor, 55; 75.

13 noyabr

18:00. Brayton – Aston Villa
20:30. Fülhem – Mançester Yunayted 

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button