“Mançester Siti” tezliklə yeni transferini açıqlayacaq

“Bornmut”un vingeri Antuan Semenyo karyerasını “Mançester Siti”də davam etdirməyə çox yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər transferin əsas şərtləri üzrə prinsipial razılığa gəliblər.

Hazırda klublar sözləşmənin tamamlanması üçün zəruri sənədlərin rəsmiləşdirilməsi ilə məşğuldurlar. Gözlənilməz bir hal baş verməzsə, qarşıdakı 24 saat ərzində futbolçunun Pep Qvardiolanın komandasına nə vaxt qoşulacağı dəqiqləşəcək.

“Mançester Siti” qanalı oyunçunun transferi uğrunda mübarizədə “Mançester Yunayted” və “Liverpul”u qabaqlayıb.

25 yaşlı futbolçu cari mövsümdə Premyer Liqada keçirdiyi 18 oyunda 9 qol vurub və 3 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button