“Mançester Yunayted”dən inamlı qələbə

Futbol üzrə İngiltərə Premyer Liqasında 26-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutub.

“Vest Hem” – “Nyukasl” matçında qalib müəyyənləşməyib. “Aston Villa” evdə “Uotford”a, “Brayton” isə “Bernli”yə məğlub olub. “Sauthempton” “Everton” üzərində inamlı qələbəyə sevinibsə, “Arsenal” “Brentford”u məğlub yola salıb.

“Liverpul” doğma meydanda “Norviç Siti”yə qalib gəlib. Səfərdə “Kristal Pelas”la qarşılaşan “Çelsi” də turu qələbə ilə başa vurub.

Turun mərkəzi oyununda lider “Mançester Siti” ”Tottenhem”i sınağa çəkib. Beş qolun qeydə alındığı bu görüş “şəhərlilər”in məğlubiyyəti ilə başa çatıb.

Tura bazar günü keçiriləcək iki oyunla yekun vurulub. “Mançester Yunayted” səfərdə “Lids”lə qarşılaşıb. Altı qolun qeydə alındığı bu oyunda “qırmızı şeytanlar” inamlı qələbəyə seviniblər. “Vulverhempton” isə doğma meydanda “Lester”ə qalib gəlib.

İngiltərə Premyer Liqası, 26-cı tur

19 fevral

Vest Hem – Nyukasl 1:1
Qol
: Dauson, 32 – Uillok, 45+1.

Arsenal – Brentford 2:1
Qol
: Smit Rou, 48. Saka, 79 – Norqaard, 90+3.

Aston Villa – Uotford 0:1
Qol
: Dennis, 78.

Brayton – Bernli 0:3
Qol
: Veqorst, 21. Braunhill, 40. Lennon, 69.

Kristal Pelas – Çelsi 0:1
Qol
: Ziyeş, 89.

Liverpul – Norviç 3:1
Qol
: Mane, 64. Salah, 67. L.Dias, 81 – Raşiça, 48.

Sauthempton – Everton 2:0
Qol
: Armstronq, 52. Lonq, 84.

Mançester Siti – Tottenhem 2:3
Qol
: İ.Gündoğan, 33. Mahrez, 90+2-pen – Kuluşevski, 4. Keyn, 59; 90+5.

20 fevral

Lids – Mançester Yunayted 2:4
Qol
: Rodriqo, 53. Rafinya, 54 – Maquayr, 34. B.Fernandes, 45+5. Fred, 70. Elanqa, 88.

Vulverhempton – Lester 2:1
Qol
: Neves, 9. Podense, 66 – Lukman, 41.

Bombardir: Məhəmməd Salah (“Liverpul”) – 16 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button