MS 30 milyon avroya futbolçu almağı planlaşdırır

“Mançester Siti” “Las Palmas”ın müdafiəçisi Mika Marmol ilə maraqlanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu oyunçunun müqaviləsindəki 30 milyon avro dəyərində olan satınalma bəndindən istifadə edə bilər. Müqavilə baş tutsa, “Mançester Siti” Marmolu oyun təcrübəsi üçün “Jirona”ya icarəyə göndərməyi planlaşdırır.

22 yaşlı futbolçu İspaniya çempionatının bu mövsümündə “Las Palmas”ın heyətində 30 oyun keçirib, 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button