“Oyunçularıma futbolu unudub, çempion kimi ailələri ilə vaxt keçirmələrini söylədim”

“Mançester Siti” komandasının baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 36-cı turunun “Nyukasl”la səfər matçından (4:3) sonra futbolçularına iki günlük istirahət verib.

Komanda.az xəbər verir ki, ispan mütəxəssis, belə qərar verməsinin səbəbini açıqlayıb. Qvardiola, “Daily Mail” nəşrinə bunları deyib:

“Oyunçularıma futbolu unudub, çempion kimi ailələri ilə vaxt keçirmələrini söylədim. Hər kəs məşqdə iştirak edəcək. Uşaqlar çox çalışırlar və diqqət mərkəzindədirlər. Növbəti oyunlara hazırlaşırıq və Çempionlar Liqasının finalında qələbə qazanmaq üçün çalışırıq. Komandada hər kəs növbəti oyunları da qazanmaq istəyir”.

“Mançester Siti” Premyer Liqada çempionluğunu rəsmiləşdirib. “Şəhərlilər” Çempionlar Liqasının finalında, mayın 29-da “Çelsi” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button