“Mançester Siti”nin təyyarəsiylə ət daşıdılar

“Mançester Siti” klubunun təyyarəsi koronavirus pandemiyası zamanı zəruri malların daşınması üçün istifadə olunur.

Komanda.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb. “Şəhərlilər”in təyyarəsi koronavirus xəstələrinin ehtiyacı olan malların daşınmasında istifadə olunur.

“Mançester Siti”nin təyyarəsi vasitəsiylə daha əvvəl Sudandan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 24 tonluq ət daşınıb.