Əvvəl heykəl açılışı, sonra oyun FOTO

“Mançester Siti” İngiltərə Premyer Liqasının 3-cü turu çərçivəsində bu gün “Arsenal”ı qəbul edəcək.

Komanda.az xəbər verir ki, qarşılaşmadan əvvəl “şəhərlilər”in keçmiş futbolçuları Vensan Kompani və David Silvanın şərəfinə hazırlanmış heykəllərin açılışı olacaq. Bu barədə klubun mətbuat xidməti məumat yayıb. Hər iki oyunçunun heykəli “Etihad” stadionunun yaxınlığında qoyulub.

Kompani 2008-2019, Silva isə 2010-2020-ci illərdə “Mançester Siti”də çıxış edib.

Bu gün keçiriləcək “Mançester Siti” – “Arsenal” matçı saat 15:30-da başlayacaq.