Qvardioladan rekord göstərici

“Mançester Siti” İngiltərə Premyer Liqasının 26-cı turunda “Vest Hem”i məğlub edib – 2:1.

Komanda.az “Opta”ya istinadən xəbər verir ki, sözügedən qarşılaşma “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola üçün əlamətdar olub. Belə ki, “Vest Hem” qalibiyyəti Qvardiolanın “Mançester Siti” ilə İngiltərədəki bütün turnirlər daxil olmaqla 200-cü qələbəsi olub.

İspan mütəxəssis İngiltərədə 200 qələbəyə ən tez çatan baş məşqçi olub. Qvardiola bu göstəriciyə 273-cü oyununda nail olub.

Qvardiola 2016-cı ildən “Mançester Siti”ni çalışdırır. Onun rəhbərlik etdiyi kollektiv Premyer Liqada 62 xalla liderdir.