“Mançester Siti” hücumçusunu buraxmaq istəmir

“Mançester Siti” bu yay komandanın hücumçusu Xulian Alvaresi icarəyə götürmək təkliflərini qəbul etmək niyyətində deyil.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı argentinalı forvard daha çox oyun vaxtı əldə etmək istəyir və bu barədə klub rəhbərliyinə məlumat verib. Eyni zamanda, “Mançester Siti” oyunçunu komandada saxlamaq istəyir.

Daha əvvəl “Çelsi”nin yaxın günlərdə Alvares üçün təklif göndərəcəyi bildirilirdi. PSJ-nin nümayəndələri də futbolçunun agenti ilə əlaqə saxlayıb.

Alvares ötən mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 54 oyun keçirib, 19 qol vurub və 13 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalı futbolçunun dəyərini 90 milyon avro qiymətləndirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button