
“Mançester Siti” fransalı müdafiəçi ilə maraqlanır
“Mançester Siti” yay transfer dönəmində müdafiənin sağ cinahını gücləndirmək niyyətindədir.
Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, “şəhərlilər”in diqqət mərkəzinə “Çelsi”nin futbolçusu Malo Qusto düşüb.
Mançester təmsilçisi artıq “Çelsi” ilə əlaqə saxlayaraq 23 yaşlı müdafiəçinin vəziyyəti barədə məlumat alıb. Klub futbolçunun mümkün transfer şərtlərini öyrənməyə çalışır.
Qusto yüksək rəqabət səbəbindən bu yay “Çelsi”ni tərk edə biləcək futbolçular sırasında yer alır. “Mançester Siti” isə vəziyyəti yaxından izləyir və hadisələrin inkişafını gözləyir.
Fransalı futbolçu 2025/26 mövsümündə klub səviyyəsində 49 oyunda meydana çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə verib. Onun “Çelsi” ilə müqaviləsinin müddəti 2030-cu ilə qədərdir.
Bizi Facebook-da izləyin



