“Mançester Siti” çox əla çıxış edir” – Şirer

İngiltərəli keçmiş hücumçu Alan Şirer Premyer Liqanın 17-ci turu çərçivəsində keçirilən “Mançester Siti” – “Lids” oyununu (3:1) şərh edib.

Komanda.az “BBC Sport”-a istinadən xəbər verir ki, o, “şəhərlilər”in yaxşı oynadığını deyib:

“Mançester Siti” çox əla çıxış edir. Həm birinci, həm də ikinci hissədə yaxşı oynadılar. “Lids” hədəfləri uğrunda mübarizə aparır. Lakin onlar oyun ərzində “Mançester Siti” üçün problem kimi görünmürdülər”.

Hazırda “Mançester Siti” 35 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 2-ci pillədədir. “Lids” isə 15 xalla 15-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button