“Lester” “Aston Villa” ilə heç-heçəyə razılaşdı

Futbol üzrə İngiltərə Liqa kubokunda yarımfinal mərhələsinə start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

“Mançester Yunayted” finala vəsiqə uğrunda “Mançester Siti” ilə mübarizə aparıb. Bu komandalar arasında MY-nin meydanında baş tutan ilk görüş qonaqların inamlı qələbəsiylə başa çatıb.

Digər yarımfinal görüşü “Lester Siti” ilə “Aston Villa” arasında keçirilib. Bu oyunda isə qalib müəyyənləşməyib.

Cavab qarşılaşmaları yanvarın 28-29-da keçiriləcək.

İngiltərə Liqa kuboku, yarımfinalın ilk oyunları

7 yanvar

Mançester Yunayted – Mançester Siti 1:3
Qol
: Reşford, 70 – B.Silva, 17. Mahrez, 33. A.Pereyra, 39-öz qapısına.

8 yanvar

Lester Siti – Aston Villa 1:1
Qol
: İheanaço, 74 – Jilbert, 28.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button