“Malaqa”da yeni baş məşqçi

İspaniyanın “Malaqa” klubunun yeni baş məşqçisi məlum olub.

Komanda.az xəbər verir ki, Sequnda təmsilçisinin “sükan”ı Viktor Sançesə tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 47 yaşlı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb.

“Malaqa” bir müddət əvvəl baş məşqçisi Xuan Munislə yollarını ayırmışdı.

“Malaqa” İspaniya Sequndasında 34 turdan sonra 55 xalla 6-cı sırada qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button