Maksim Medvedev AEL-lə ilk oyunu buraxacaq

“Qarabağ”ın kapitanı Maksim Medvedev Avropa Konfrans Liqasının 3-cü mərhələsində Kiprin AEL klubuna qarşı səfər oyununda iştirak etməyəcək.

Komanda.az xəbər verir ki, İsrail “Aşdod”u ilə 2-ci mərhələnin ilk matçında qırmızı vərəqə alan 32 yaşlı futbolçu 2 oyunluq diskvalifikasiya olunub.

UEFA-nın oyun üçün hazırladığı protokolda da təcrübəli futbolçunun cəzalı olduğu göstərilib.

Qeyd edək ki, avqustun 5-də keçiriləcək AEL – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 21:00-da start veriləcək. Ağdam təmsilçisinin heyətində Bədavi Hüseynov, Elvin Cəfərquliyev və Rahil Məmmədov da zədə səbəbindən bu oyunda komandaya kömək edə bilməyəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button