Mahrez “Əl-Əhli”də – Rəsmi

“Mançester Siti”nin vingeri Riyad Mahrez “Əl-Əhli”yə keçib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Əlcəzairli futbolçu Mançester klubunun heyətində iki dəfə İngiltərə Premyer Liqasını və bir dəfə Çempionlar Liqasını qazanıb.

Mahrez 2018-ci ildən bəri “şəhərlilər”in heyətində çıxış edib. O, bütün turnirlər daxil olmaqla 236 oyuna çıxıb, 78 qol vurub və 59 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button