Mahmud Qurbanovun “Səbail”lə müqaviləsinin müddəti açıqlandı

“Səbail”in Müşahidə Şurasının qərarı ilə sözügedən komandanı bundan sonra Mahmud Qurbanov çalışdıracaq.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssislə 2023/2024-cü illər mövsümünün sonunadək (2 il) müqavilə bağlanıb.

Xatırladaq ki, Qurbanov 2018-ci ildən “Neftçi” PFK-nın əvəzedici heyətinin baş məşqçisi vəzifəsində çalışırdı. O, 2020/21 mövsümündə bu komanda ilə Birinci Divizionun qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button