Mahmud Qurbanovun “Səbail” rəhbərliyindən xahişi

Azərbaycan Premyer Liqasında keçirdiyi son beş oyunda məğlub olan “Səbail”də baş məşqçi Mahmud Qurbanovun işi rəhbərliyi qətiyyən razı salmır. Komanda 16 oyunda cəmi 10 xal toplayıb ki, bu da klubun büdcəsi ilə uyğun gəlmir.

Komanda.az-ın əldə etdiyi məlumata görə, son vaxtlar klubda Qurbanovun istefası bir neçə dəfə gündəmə gəlib. Amma məsələ burasındadır ki, bərbad nəticələrə baxmayaraq, Mahmud Qurbanov heç cür baş məşqçi postunu tərk etmək istəmir. Onun son olaraq, rəhbərlikdən qış fasiləsinə kimi vaxt vermələrini xahiş etdiyi bildirilir. Qurbanov hesab edir ki, “Səbail”in heyəti Azərbaycan çempionatında hətta orta yerlər üçün mübarizə aparmağa yetərli deyil. O, qış transfer dövründə komandanı yeni futbolçularla gücləndirib, uğursuzluq zolağından çıxmağın mümkün olacağına inanır.

“Səbail” dekabrın 9-da ölkə kubokunun 1/4 finalında “Sabah”la qarşılaşacaq. Daha sonra komanda Premyer Liqa çərçivəsində autsayder “Sumqayıt”la üz-üzə gələcək. Bu iki oyunun nəticəsi Mahmud Qurbanovun taleyinə aydınlıq gətirə bilər. Xüsusən də, komanda “Sumqayıt”la da bacarmasa, klub rəhbərliyi Qurbanovun “qış fasiləsini gözləyək” xahişini görməzdən gələcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button