Mahmud Qurbanov: “Rəqibə qol imkanı vermədik”

“Səbail”in baş məşqçisi Mahmud Qurbanov Premyer Liqanın 9-cu turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyiib:

“Gərgin oyun keçdi. Bu qələbə bizim üçün vacib idi. Rəqibə də həmçinin. Matça pis başlamadıq. İlk hissədə bərabər səviyyəli oyun izlədik. Hesabı açan tərəf komandamız oldu. Yaxşı hücumlarımız var idi. Məcburi oyunçu dəyişikliyi etməli olduq. Ruslanı meydana buraxaraq hücumda xəttimizdə dəyişiklik etdik. İkinci hissədə top daha çox rəqibdə olmasına baxmayaraq, müdafiədə səhvə yol vermədik. Rəqibə qol imkanı tanımadıq. Komanda yaxşı oyun nümayiş etdirdi. İkinci hissədə hesab arasındakı fərqi artırmaq üçün qol imkanlarımız oldu. Təəssüf ki, rəqibin qapıçısı yaxşı oyun göstərdi. Bu qələbə bizə lazım idi. Oyunçular bunun üçün əllərindən gələni etdilər. Komandadan razı qaldıq. Nəticə olanda təbii ki, komandada əhvali-ruhiyyə də yaxşı olur”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button