Mahmud Qurbanov: “Müdafiədə çox pis oynayırıq”

“Səbail”in baş məşqçisi Mahmud Qurbanov Premyer Liqanın 17-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:2 hesabıyla uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Məğlub olmaq istəmirdik. Müdafiədə çox pis oynayırıq. İki korner qapımıza iki qolla nəticələndi. Bu da oyunun taleyini həll etdi. Ümumi götürəndə heç də pis oynamırdıq. Hesabı bərabərləşdirmək üçün şanslarımız var idi. Amma istifadə edə bilmədik. Rəqibin qələbəsinə kölgə salmaq istəmirəm, lakin təhlükəli qol epizodları yaratmadılar. Start heyətdə meydana çıxan oyunçularda yorğunluq var idi. Birinci hissədə bu, hiss olunurdu. Ağır kubok matçından çıxmışdıq. Heyəti dəyişmədik. Deyiləsi söz çoxdur. Futbolçulara deyiləcək. Belə müdafiə olunmaq olmaz.

Oyundan qopmağın səbəbi yorğunluq idi. Bu da başadüşüləndir. Ona görə də əvəzetmələr etdik. Əvəzetmələr oyunu canlandırdı. Görüşün sonunda da hesabı bərabərləşdirmək üçün yaxşı şanslar var idi. Biz nəticə üçün oynayırıq. Bu gün nəticə qazanmamağımızın səbəbi müdafiədə zəif oynamağımızdır.

Qarşıda iki oyun var. Ehtiyat qüvvəmiz elə çox deyil. Matçlar bitəndən sonra kimlərlə yola davam edəcəyimizi dəqiqləşdirəcəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button