Mahir mövsümün son matçında oynamadı, qızıl medalına qovuşdu

Futbol üzrə Xorvatiya çempionatında 2021/22 mövsümünə yekun vurulub.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi Zaqreb “Dinamo”su sonuncu – 36-cı turda “Hayduk”la qarşılaşııb.

Zaqreb təmsilçisi doğma meydanda baş tutan bu oyundan 3:1 hesablı qələbə ilə ayrılıb. Mahir bu oyunda sona qədər ehtiyatda qalıb.

Çempionluğu bir tur əvvəl rəsmiləşdirən “Dinamo” mövsümü 79 xalla bitirib. Qarşılaşmadan sonra Zaqreb təmsilçisinin kollektivi qızıl medallarla və çempionluq kuboku ilə təltif olunub.