Mahir Mədətovdan xəstəxanalıq etdiyi futbolçuya ziyarət

Ötən gün Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində keçirilmiş “Qarabağ” – “Keşlə” matçında zədələnən qonaqların gənc qapıçısı Şahin Zəkiyevin dərhal xəstəxanaya çatdırıldığını xəbər vermişdik.

Komanda.az xəbər verir ki, matçın 18-ci dəqiqəsində hesabın açıldığı epizodda meydan sahiblərinin hücumçusu Mahir Mədətovla toqquşma nəticəsində sifətindən ağır xəsarət alan gənc qolkiper hazırda müalicə alır.

Bu gün Mahir Mədətov da gənc həmkarını ziyarət edib. Belə ki, “Qarabağ”ın sosial şəbəkə hesabında onların birgə çəkilmiş fotosu yayımlanıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button