Mahir Emreli rəsmən “Legiya”da!

Futbol üzrə Azərbaycan milli komandasının və “Qarabağ”ın hücumçusu Mahir Emrelinin Polşanın “Legiya” klubuna keçidi rəsmiləşib.

Komanda.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

23 yaşlı futbolçu Polşa çempionu ilə 3+1 illik müqavilə bağlayıb. Mahir yeni komandasında “11” nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Azərbaycan millisində 26 oyuna çıxan və 4 qola imza atan Mahir Emreli, 2015-ci ildən “Qarabağ”ın uğurları üçün çalışırdı. Ağdam klubu ilə müqaviləsinin müddəti bu yay başa çatan hücumçu, “Legiya”ya azad agent kimi keçib.