Madridlilər finalı gözləyir – Pul qazanmaq üçün

UEFA Çempionlar Liqasının finalında “Liverpul” “Tottenhem”lə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, həlledici görüş iyunun 1-də, İspaniyanın paytaxtı Madriddə yerləşən “Vanda Metropolitano” stadionunda keçiriləcək.

Oyuna bir neçə gün qalmış Madriddə stadiona yaxın olan evlərin kirayə qiymətlərində yüksək artım müşahidə olunub. Belə ki, “Vanda Metropolitano”ya yaxın qalan şəxslər evlərini və ya bir otaqlarını icarəyə çıxarıblar. Bir evin gecəlik kirayəsi bir nəfər üçün 500 avro olaraq müəyyənləşdirilib. Normalda evlərin kirayəsi bir aylıq 1,200 avro idisə, indi qiymətlər 4,600 avroya yüksəlib.

“Liverpul” – “Tottenhem” matçı iyunun 1-də, saat 23:00-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button