Macarıstan yığmasının Azərbaycanla oyun üçün heyəti açıqlandı

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində gələn ay Xorvatiya və Azərbaycan milliləri ilə qarşılaşacaq Macarıstan yığmasının ilkin heyəti müəyyənləşib.

Komanda.az xəbər verir ki, baş məşqçi Marko Rossi qarşıdakı iki oyunda xidmətindən yararlanacağı oyunçuların adlarını açıqlayıb.

İtaliyalı mütəxəssis 26 oyunçuya dəvət göndərib. Bunlardan 3-ü qapıçı, 8-i müdafiəçi, 7-si yarımmüdafiəçi, 8-i isə hücumçudur.

Qapıçılar: Dibuş Deneş (“Ferentsvaroş”), Peter Qulaşi (“Leypsiq”, Almaniya), Adam Kovaşik (“Videoton”);

Müdafiəçilər: Barat Botond (“Sportinq Kanzas”, ABŞ), Bese Benabaş (“Havr”, Fransa), Tamaş Kadar (“Dinamo”, Kiyev, Ukrayna), Mixay Korxut (“Aris”, Yunanıstan), Adam Lanq (“Omoniya”, Kipr), Gerqo Lovrençiç (“Ferentsvaroş”), Tamaş Kristian (“Zalaeqerseq”), Orban Villi (“Leypsiq”, Almaniya);

Yarımmüdafiəçilər: David Holman (“Slovan”, Slovakiya), Laslo Klyanheyzer (“Osiek”, Xorvatiya), İştvan Kovaç (“Videoton”), Adam Nad (“Bristol Siti”, İngiltərə), Mate Patkay (“Videoton”), David Siqer (Ferentsvaroş), Dominik Şoboşlay (“Red Bull”, Avstriya);

Hücumçular: Balaş Cudcak (“Əl-İttihad”, Birləşmiş Ərəb Əmirlikləri), Robert Feçesinq (“Uypeşt”), Filip Holender (“Luqano”, İsveçrə), Dominik Nad (“Legiya”, Polşa), Kristian Nemets (“Sportinq Kanzas”, ABŞ), Roland Varqa (“Ferentsvaroş”), Ronald Şallayi (“Frayburq”, Almaniya), Adam Şalay (“Hoffenhaym”, Almaniya).

Qeyd edək ki, oktyabrın 10-da Splitdə Xorvatiyanın qonağı olacaq macarlar bundan 3 gün sonra Budapeştdə Azərbaycanı qəbul edəcək. Komanda oktyabrın 6-da bir araya gələcək və 9-da Splitə yola düşəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button