AÇ-2020: “Ronaldo elə sevindi ki, elə bil Avropa çempionu olub”

Macarıstan milli komandasının baş məşqçisi Marko Rossi Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo haqda açıqlama verib.

Komanda.az xəbər verir ki, italyan mütəxəssis, AÇ-2020-nin qrup mərhələsi çərçivəsində Portuqaliyaya 0:3 hesabıyla uduzduqları oyunda dubl edən Ronaldonun qol sevinci ilə bağlı danışıb:

“Ronaldo müzakirə edilməyəcək biridir, ancaq bəzən hərəkətləri sıxıcı olur. Bizimlə oyunda qol vurduqdan sonra elə sevindi ki, elə bil Avropa çempionu olub. İnsanlar bunu yaxşı görür”.

Macarıstan yığması AÇ-2020-nin F qrupunu sonuncu bitirib və turnirlə vidalaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button