ÇL: “Baş məşqçi bu dəfə çox razı qaldı” – Noyer

“Bayrern”in qapıçısı Manuel Noyer UEFA Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunun “Mançester Yunayted”lə oyunu (1:0) haqda danışıb.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, almaniyalı qolkiper karyerasında 700-cü oyununu keçirməsinə də münasibət bildirib:

“Frankfurtdakı oyunumuza (Almaniya çempionatının 14-cü turunun “Ayntraxt”la matçında “Bayern” 1:5 hesabı ilə uduzub) çox üzüldük. Baş məşqçi bu dəfə çox razı qaldı. O, kənardan baxaraq qürur duyduğunu söylədi. Əlimizdən gələni etdik və ona görə də bu gün qalib gəldik. Hər turnirdə əlimizdən gələni etməliyik. Biz titul uğrunda mübarizə apara biləcək komanda formalaşdırmışıq.

Karyeramın 700-cü matçını keçirdim? Bu faktdan heç xəbərim də yox idi. Mən tam hazıram. Hər şeyin bu qədər yaxşı gedəcəyini (ayağımı sındırdıqdan sonra) və davamlı olaraq oyunun ritmini qoruya biləcəyimi heç gözləmirdim. Biz çox xoşbəxtik, həkimlərə çox minnətdaram”.

Noyer karyerasında 700-cü matçını keçirib. O, Almaniya yığması 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatındakı çıxışını başa vurduqdan sonra xizək kurortunda istirahət edərkən ayağını sındırmışdı. Futbolçuya sağ baldır sümüyünün sınığı diaqnozu qoyulmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button