Məsiyev Avropa çempionatının final mərhələsinə təyinat alıb

Azərbaycanlı FİFA referisi Elçin Məsiyev 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında keçiriləcək Avropa çempionatının final mərhələsi oyununa təyinat alıb.

Komanda.az xəbər verir ki, FİFA referisi Şotlandiya – Fransa matçında ədaləti qoruyacaq.

Mayın 17-də baş tutacaq qarşılaşmada ona Elşad Abdullayev və yunanıstanlı yan xətt hakimi Konstandinos Psarris kömək edəcəklər.

UEFA U-17 Avropa çempionatının final mərhələsi 17 may – 2 iyun tarixlərində Macarıstanda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button