Məşhur şahmatçının seçimi: Ronaldo, yoxsa Messi?

Məşhur şahmatçı Maqnus Karlsen Kriştiano Ronaldo ilə Lionel Messini müqayisə edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, şahmat üzrə dünya çempionu olan norveçli qrossmeyster, argentinalı futbolçunun Ronaldodan daha yaxşı olduğunu bildirib:

“Məncə, çox yönlü oyun göstərən Messidən daha yaxşı birini tapmaq çətindir. Hələ Ronaldonun olmadığı vaxtdan “Real”a köklənməyə başlamışdım. Mən həmişə Kriştianonu bəyənmişəm, amma məncə, Messi daha yaxşıdır.

“Real”ın bir çox matçında iştirak etmişəm, onlar həmişə mənə kömək ediblər. Klub əməkdaşları məndən müsahibə götürüb kimin sevimli oyunçum olduğunu soruşanda, cavab verdim: “İsko”. Mənə dedilər ki, “yaxşı, amma indi ikisinin adını çəkin və Ronaldo haqqında danışın”. Bu, mənim üçün yox, onlar üçün vacib idi”.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button