“Mərhələ keçmək üçün əlimizdən gələni edəcəyik” – Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşacaqları Təl-Əviv “Makkabi”si haqda fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Püşk qarşımıza yaxşı rəqib çıxardı. “Makkabi” Azərbaycan futbol ictimaiyyətinə tanış komandadır. Yaxın keçmişdə “Qarabağ”la Avropa Liqasının qrup mərhələsində də qarşılaşıblar. İsrailin ən güclü, üzdə olan klublarından biridir. Bizim üçün maraqlı təcrübə olacaq. Bütün gücümüzlə oyuna hazırlaşacağıq. Sonda uğur qazanıb, mərhələ keçən tərəf olmaq üçün əlimizdən gələni edəcəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button