“Mənim komandamda yaxşı olanlar oynayır”

“Sabah”ın baş məşqçisi Jelko Sopiç Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, xorvatiyalı mütəxəssis qolsuz başa çatan oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

  • Bir xal qazandığımız üçün xoşbəxtik. Yaxşı mübarizə apardıq. Nəticədə 1 xal qazandıq.
  • Cavid İmamverdiyev, Təmkin Xəlilzadə, Coşqun Diniyev, Rəşad Eyubov millinin üzvləridi. Ancaq bu gün ehtiyatda qalmışdılar. Legionerlərin kölgələrindəmi qalırlar?
  • Yaxşısansa, oyanayacaqsan, deyilsənsə, kənarda qalacaqsan. Mənim komandamda yaxşı olanlar oynayır. Təmkin niyə ehtiyatda başlamasını özü yaxşı bilir.
  • Marko Deviç və Ulisse Diallo nə üçün yox idi?
  • Deviç zədəlidi. “Qarabağ”la oyunda meydanda ola bilər. Bizdə Diallodan daha yaxşı futbolçular var və meydana çıxırlar.
  • Ramil Şeydayevin son durumu necədi?
  • Ramil çox yaxşı məşq edir. Ancaq biz başa düşməliyik ki, fərdi məşqlər edir. Bizə qoşulduqdan sonra oyunlarda iştirak edə bilər.
  • Qırmızı vərəqə olmasaydı, hesab fərqli olardı?
  • Desəm ki, qırmızı vərəqə olmasaydı necə olardı, bu, düzgün olmazdı. Bizim üçün çətin oyun oldu. Matçın çox hissəsini azlıqda oynamaq asan deyil. Biz dəli kimi topun arxasınca qaçmalı idik. Rəqibin də qol imkanları oldu. Son 15 dəqiqəni yaxşı oynadıq. Bəxtimiz gətirsəydi, qələbə də qazana bilərdik.
  • 3 oyun və 7 xal. Bunu davam etdirmək çətin olmayacaq?
  • Növbəti turda Azərbaycanın ən yaxşı komandalarından olan “Qarabağ”la oynayacağıq. Çalışacağıq ki, bacardığımız qədər onlardan xal götürək.
  • Qırmızı vərəqə olmasaydı, Ramil Şeydayevə daha çox şans verəcəkdiz, yoxsa 5-7 dəqiqə?
  • Bəlkə də, qırmızı vərəqə olmasaydı, ona 30 dəqiqə şans verə bilərdim. Ramillə bağlı risk etmək istəmirik. Çox dəqiqə alıb, zədələnməsini istəmirəm. Məşqlərdə çox yaxşı çalışır.
  • Matçın əvvəlində komandasını azlıqda qoyan Yevgeni Koçukla bağlı hansısa düşüncəniz varmı?
  • Onunla bağlı fikirlərimi paltardəyişmə otağında dedim. Burda bunu açıqlamaq istəmirəm. Qırmızı vərəqə situasiyasını lazımsız hərəkət kimi dəyərləndirirəm.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button