Platini FİFA və UEFA prezidentlərini “yıxıb-sürüdü”

UEFA-nın keçmiş prezidenti Mişel Platini FİFA və UEFA rəhbərlərinin siyasətini tənqid edib.

Komanda.az “La Stampa” nəşrinə istinadən xəbər verir ki, o, UEFA rəhbərliyindən hesabat tələb etməli olduqlarını diqqətə çatdırıb:

“UEFA-nın rəhbərliyindən hesabat tələb etməliyik. Nədənsə onlar maliyyə feyr-pleyi qaydalarını görməzdən gəlirlər. PSJ-nin prezidenti Nasser Əl-Xələfi Aleksander Çeferinin əsas dəstəkçisi olduğu müddətdə ədaləti tənzimləmək çətin olacaq.

Həqiqət budur ki, həm Çeferin, həm də FİFA-nın prezidenti Canni İnfantino öz postlarını qəsb ediblər. Mən futbol oynadım, onlar isə siyasətlə məşğuldurlar. Proqramlarında daha çox futbol oynayaraq, daha artıq pul qazanmaqdan başqa heç bir islahat yoxdur.

Eyni zamanda, futbol yarışlarına da hörmət etmirlər. Məni əvəz edən şəxsin futboldan anlayışı yoxdur”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button