“Sübut edirəm ki, məndən imtina etmək üçün tezdir” – Ronaldo

“Əl-Nəsr” komandasının hücumçusu Kriştiano Ronaldo hesab edir ki, futbolçu karyerasını bitirmək hələ tezdir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı forvard hələ də futbolu sevdiyini söyləyib:

“Deyirlər ki, Ronaldo karyerasını bitirməlidir. Bu, doğru deyil. Ayaqlarım “Kriştiano, bu qədər” deməyincə, oynamağa davam edəcəm.

Mən hələ də futbolu sevirəm, qol vurmağı sevirəm. Mən hələ də qalib olmağı sevirəm. Mən hələ sübut edirəm ki, məndən imtina etmək üçün tezdir”.

Dünən Səudiyyə Ərəbistanı çempionatının 7-ci turunun “Əl-Nəsr” – “Əl-Əhli” görüşü keçirilib və bu oyunda Ronaldonun komandası rəqibini 4:3 hesabı ilə məğlub edib. 38 yaşlı futbolçu dubla imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button