“Mən nə etdiyimizi və nə üçün burada olduğumu bilirəm” – Ten Haq

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq tənqidlərə və uğursuzluğa münasibətindən danışıb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, bunu deyib:

“Kiminsə mənə qarşı ədalətli olub-olmadığını anlamaq üçün enerji sərf etmirəm. Mən nə etdiyimizi və nə üçün burada olduğumu bilirəm: kuboklar almaq və iqtisadi dəyər yaratmaq. Biz bunun üzərində işləyirik. Bu proses zamanı uğursuzluqlar baş verir və mən buna real baxıram, rasional yanaşıram”.

“Qırmızı şeytanlar” 32 matçdan sonra İngiltərə çempionatında 7-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button