“Mən “Tottenhem”dən ayrılmaq qərarına gəlməmişdim” – Poçettino

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino komandalar arasında qarşıdakı Premyer Liqa matçı zamanı “Tottenhem” azarkeşlərinin onu rəğbətlə qarşılayacaqlarını bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Tottenhem”dən öz istəyi ilə ayrılmadığını söyləyib:

“Tottenhem” azarkeşlərinin mənim haqqımda düşüncələrini qəbul edəcəm. Komandadan ayrılmaq qərarına mən gəlməmişdim. İşdən çıxarıldığım üçün yollarımız ayrıldı. Bu, kluba qarşı tənqid deyil, amma yenə də mən və mənim köməkçilərim “Tottenhem”dən ayrılmaq qərarına gəlməmişdik. Ola bilsin, biz hələ də orada ola bilərdik”.

Argentinalı mütəxəssis “Tottenhem”i beş il – 2014/2015 mövsümündən 2019/2020 mövsümünə kimi çalışdırıb. “Çelsi” noyabrın 6-da “Tottenhem”lə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button