“Mən ömrüm boyu burada oturub ayda bir dəfə oynamaq fikrində deyiləm”

“Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr az oyun şansı əldə etməsindən danışıb.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, o, komandada önəmli mövqedə olmaq istədiyini bildirib:

“Mən ömrüm boyu burada oturub ayda bir dəfə oynamaq fikrində deyiləm. Belə davam edərsə, əminəm ki, klubla oturub vəziyyəti müzakirə edəcəyik. Amma hazırda bütün diqqətimi İngiltərə üçün iki vacib oyuna yönəltmişəm. Və sonra “Mançester Yunayted”dəki yerimi almaq üçün mübarizə aparmağa və komandaya liqada lazım olan yerə yüksəlməyə kömək etməyə çalışacam.

Mən öz bacarıqlarıma və karyeramda gördüklərimə inanıram. Ehtiyat oyunçular skamyasında oturan hər bir oyunçu başlamalı olduğuna inanmalıdır, əks halda, yüksək səviyyədə çıxış etməyəcək. Mən fərqli deyiləm. Oynamaq istəyirəm, komanda üçün vacib hiss etmək istəyirəm.

Bu məşqçinin rəhbərliyi altında qazandığım nailiyyətlər öz sözünü deyir. İstədiyim qədər oyun oynamamışam, amma oynadığım zaman qazanma nisbətim gülünc dərəcədə yüksəkdir. Çalışmağa davam edəcəm, özümə çox inanıram və əminəm ki, yeni imkanlar mənim qarşıma çıxacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button