“Mən olsaydım, oyundan sonra onların avtobusa minmələrinə icazə verməzdim” – Roy Kin

“Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin komandanın İngiltərə Premyer Liqasının 30-cu turu çərçivəsində “Tottenhem”lə 1:1 hesablı bərabərliyə razılaşdığı oyunla bağlı fikirlərini bildirib.

Komanda.az “Sky Sports”a istinadən xəbər verir ki, sabiq futbolçu, “qırmızı şeytanlar”ın müdafiəçisi Harri Maquayr və qapıçısı David de Xeanın oyununu tənqid edib:

“Mən olsaydım, oyundan sonra onların avtobusa minmələrinə icazə verməzdim. Taksi ilə gedərdilər. Onlar başlarını utancla aşağı salmalıdır. Maquayr məni çox təəccübləndirdi. Bu səviyyədəki milli komanda futbolçusunun oyunu məni şoka saldı. Qapıçı de Xea da həmçinin. Fasilədə onu vurardım”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button