“Mən heç vaxt Messiyə bənzər futbolçu görməmişəm”

“Barselona”nın və İspaniya millisinin sabiq hücumçusu David Vilya, keçmiş komanda yoldaşı Lionel Messi haqqında danışıb.

2010-2013-cü illərdə Kataloniya klubunun formasını geyinən Vilya, həmin dövrdə argentinalı oyunçu ilə birgə çıxış edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Messinin futbola təsirinin misilsiz olduğunu vurğulayıb:

“Messinin futbola və ümumilikdə idmana təsiri danılmazdır. “Barselona”da oynadığım vaxt vurduğum 49 qolun demək olar ki, hamısı Leonun ötürmələrindən sonra qeydə alınmışdı. Mən heç vaxt ona bənzər futbolçu görməmişəm. Messi ən yaxşısıdır”.

Messi 2021-ci ildə “Barselona”dan ayrılıb. Dünya çempionu 2023-cü ildən etibarən “İnter Mayami”nin şərəfini qoruyur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button