“Heç vaxt bir komandanın “Mançester Siti”ni bu qədər gərginləşdirdiyini görməmişdim”

“Mançester Yunayted”in sabiq futbolçusu Qari Nevill İngiltərə Premyer Liqasının 29-cu turunun “Mançester Siti” ilə oyununda (0:0) “Arsenal”ın müdafiədəki çıxışını dəyərləndirib.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, o, bunları deyib:

“Mən heç vaxt bir komandanın “Mançester Siti”ni bu qədər gərginləşdirdiyini görməmişdim. Görünürdü ki, “Arsenal” bir dənə də olsun sərbəst zona qoymamışdı. Onların müdafiə üsulu tamamilə unikal idi. Mikel Artetanın iki mərkəz müdafiəçisi fantastik oyun nümayiş etdirdi.

Məncə, topa sahib olmaq baxımından “Arsenal” daha çox istəkli idi. Onlar hədəfə iki, “Mançester Siti” isə yalnız bir zərbə vurdu. Beləliklə, düşünürəm ki, “Arsenal” çıxışından razı qala bilər”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button