“Bəzən yaxşı ötürmələr verirəm” – “Barselona”nın qapıçısı

“Barselona”nın qapıçısı Mark-Andre Ter Ştegen bildirib ki, ayaqları ilə yaxşı ötürmələr etmək üçün məşq edir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı qapıçı bacardığı qədər yaxşı oynamağa və oyunlarda bütün variantlarından istifadə etməyə çalışdığını bildirib:

“Mən bacardığım qədər yaxşı oynamağa və bütün variantlarımdan, o cümlədən ayaqlarımdan istifadə etməyə çalışıram. Bəzən yaxşı ötürmələr verirəm. Onlardan bəzilərinin matçın nəticəsini müəyyən edə bilməsi xoşdur”.

“Barselona” La Liqanın 29-cu turunda “Atletiko”nu darmadağın edib – 3:0. Bu qələbədən sonra komanda 64 xalla turnir cədvəlində “Jirona”nı (62 xal) qabaqlayaraq, 2-ci yeri tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button