Məmmədyarovun futbol savadsızlığı və… Premyer Liqada 10 komanda olacaq!

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümündə 10 komanda mübarizə aparacaq.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Sərxan Hacıyev məlumat verib.

O, komanda sayının dəyişdirilməyəcəyini bildirib:

“Ola bilsin ki, Elmar müəllim yanlış anlayıb. Əvvəldən dediyimiz kimi, Premyer Liqada sonuncu yerin sahibi olan “Şamaxı” çempionatı tərk edəcək və 1-ci divizionun qalibi olmuş “Araz Naxçıvan” elitaya yüksələcək”.

AFFA İcraiyyə Komitəsinin üzvü Elmar Məmmədyraov jurnalistlərə açıqlamasında bildirib ki, Premyer Liqada növbəti mövsümdə 12 komanda iştirak edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button