“Bu oyundan dərs çıxarmalıyıq” – Kompani

“Bernli”nin “sükanı arxasında” olan Vensan Kompani İngiltərə Premyer Liqasının birinci turunun “Mançester Siti” ilə matçını (0:3) şərh edib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, belçikalı mütəxəssis 5 futbolçusunun oyunda debüt etdiyini açıqlayıb:

“Bu oyunda debüt edən beş futbolçumuz var idi. Onlardan biri karyerasının ilk matçını keçirdi. Görüşün çətin keçəcəyini bilirdik. Az da olsa, qol vurmaq üçün şanslarımız var idi. Bu oyundan dərs çıxarmalıyıq. Məğlub olanda insan özünü yaxşı hiss edə bilməz. Lakin “Mançester Siti” ilə bundan əvvəlki matça nəzər salsaq, inkişaf etdiyimizi görə bilərik”.

Xatırladaq ki, ölkə çempionatının yeni mövsümünün açılış matçında “şəhərlilər”in qələbə qollarını Erlinq Haland (2) və Rodri Hernandes vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button