Mədət Quliyev geniş tərkibli iclas keçirdi, sertifikat payladı

Bu gün Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyevin sədrliyi ilə qurumun geniş tərkibli iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda görülmüş işlərlə bağlı hesabatlar dinlənilib, ilin əsas idman yarışalarında iştirak edəcək rəqabətədavamlı, güclü komanda formalaşdırılması üçün bütün qüvvələrin səfərbər edilməsinin vacibliyi qeyd olunub və bu istiqamətdə aidiyyəti üzrə tapşırıqlar verilib.

Beynəlxalq Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı ilə velosiped məşqçiləri üçün keçirilən texniki kursları bitirmiş məşqçilərə sertifikatlar təqdim edilib.

Kursları uğurla başa vuranları təbrik edən Mədət Quliyev velosiped idmanının inkişafı üçün bacarıqlı məşqçilərə ehtiyac duyulduğunu və bu istiqamətdə onların xidmətlərindən istifadə ediləcəyini qeyd edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button