Məşqçilər Komitəsi baş məşqçilərlə görüşdü

Bu gün AFFA-nın inzibati binasında Məşqçilər Komitəsi ilə aşağı yaş qruplarından ibarət Azərbaycan milli komandalarının baş məşqçiləri arasında görüş keçirilib.

Komanda.az xəbər verir ki, Milan Obradoviç, Vüqar Məmməd və Samir Əliyevin iştirakı ilə keçirilən görüşdə müvafiq komandalar barədə fikir mübadiləsi aparılıb.