Məşhur hakim federasiyanın vitse-prezidenti təyin olundu

FİFA referisi Ravşan İrmatov Özbəkistan Futbol Federasiyasının vitse-prezidenti təyin olunub.

Komanda.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, bu gün İcraiyyə Komitəsinin iclası baş tutub və tədbirdə qurumun vitse-prezidentləri – Ümid Əhmədcanov, Polad Babacanov və Şerzod Taşmatov vəzifələrindən istefa veriblər. Onların istefası qəbul olunub.

İK-nın digər qərarı ilə Ravşan İrmatov və daxili işlər nazirinin müavini Muhiddin Jurayev müvəqqəti olaraq Özbəkistan Futbol Federasiyasının vitse-prezidenti təyin olunub.

41 yaşlı İrmatov dünya çempionatlarının final mərhələsində 11 oyun idarə edib ki, bu da futbol hakimləri arasında rekord hesab olunur. Özbəkistanlı hakim DÇ-2010-da 5, DÇ-2014-də 4, DÇ-2018-də 2 oyunun baş hakimi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button